İranın nüvə mövzusunun həll edilməsi üçün Qərb ilə konsturktiv diplomatiyasından çaş-baş düşən Sionist İsrail rejimin baş naziri AEBA-ın İranın sülhəməqsədli nüvə fəaliyyətləri ilə bağlı yaydığı hesabatın dəyərsiz olduğunu iddia edib.
Sionist İsrail rejimi baş naziri Benyamin Netanyahu İraın nüvə fəaliyyətləri barədə MAQATE-nın yeni hesabatına reaksiya olaraq deyib: İranın ötən 3 ay ərzində nüvə fəaliyyətinin səviyyəsinin artması sahədə Agentliyin yaydığı hesabat əhəmiyyət daşımır.
Sionist rejimin baş naziri deyib: İranın nüvə fəaliyyətlərinin genişlənməməsi mühüm deyil, artıq bu fəaliyyətlərin təmamilə dayandırılması mühümdür. Bunu nəzərə alaraq İran əleyhinə təzyiqlər gücləndirilmləlidir.
Sionist İsrail rejimin baş naziri bir halda İranın sülhməqsədli nüvə fəaliyyətlərinin dayandırılması üzərində təkid edir ki, bu rejimin nüvə fəaliyyətləri beynəlxalq təhlükəsizliyin pozulması istiqamətində mühüm amil hesab olur.
Sionist rejim yüzlələ nüvə başlığına malikdir və dünya ictimaiyyəti qarşısında isə cavabdeh deyil.
AEBA baş direktoru ötən gün (cümə axşamı 14 noyabr) İranın sülhməqsədli nüvə fəaliyyətləri ilə bağlı yeni hesabatında təkidlə bildirib ki, İran ötən 3 ay ərzində nüvə obyektlərini genişləndirməyib və Agentlik isə etimad yaratmaq üçün Tehranın yeni strategiyasını müsbət dəyərləndirib.
MAQATE baş direktoru həmçinin bildirib ki, İranın mərkəzində yerləşən Nətənz AES-da uranın zənginləşdirilməsi üçün yalnız 4 sentrifuqa fəaliyyət etməkdədir və Tehranın cənubunda yerləşən Qum şəhəri yaxınlığında olan Fordo nüvə obyektində isə heç bir cihaz artırılmaıb.
