Sionist rejimin, pilotsuz təyyarələrin əlindən asayişi yoxdur!

Sionist rejim Hayfa liman şəhərinin yaxınlığında Livan Hizbullahı tərəfindən sionist İsrailin hava zonasına göndərildiyini iddia edən bir ədəd pilotsuz təyyarəni hədəfə aldığını bildirib. Bu iddia elə bir halda irəli sürülübdür ki, Hizbullaha aid olan Əl-Menar Telekanalı bildirib: “ Hizbullah İşğal Edilmiş Məntəqələrə hər cür pilotsuz təyyarənin göndərilməsini rədd edir”.

Sionist rejim ordusu pilotsuz təyyarənin ölçüsünün “təqribən kiçik” olduğunu bildirib,lakin onun modeli; hədəf yaxud hədəfləri müəyyən edilməyib.

Bu pilotsuz təyyarənin sionist İsrail rejiminin hava zonasına daxil olmasının ardınca, İsrail rejiminin baş naziri Benyamin Netaniyahunu daşıyan təyyarə yerə enməyə məcbur olub. Netaniyahu Dəruzilər Cəmiyyəti ilə görüşmək üçün İşğal Edilmiş Fələstinin şimal məntəqələrinə səfər etmək istəyirdi.

Sionist rejimin 10-cu Telekanalı da bu rejim ordusunun sözçüsü Yuaf Mordoxaya istinadən bildiribdir ki, pilotsuz təyyarə 25-30 dəqiqə müddətində İşğal Edilmiş Ərazilərin hava zonasında uçuş həyata keçirib, sonra istiqamətini Hayfaya doğru dəyişibdir.

Ötən ilin oktyarb ayında da bir ədəd pilotsuz təyyarə sionist İsrail rejiminin raket hədəfinə tuş gəlib, məhv olmadan öncə kilometrlərlə sionist İsrail rejiminin hava zonasına daxil olmuşdu.

↑
Mobil sürümden çık