Dünya

Sionist rejimin Xəlil əl-Həyyənin oğluna sui-qəsd hücumu uğursuz oldu

Sionist rejimin Xəlil əl-Həyyənin oğluna sui-qəsd hücumu uğursuz oldu

HƏMAS rəsmisi açıqlayıb ki, bu hərəkatın liderlərindən biri olan Xəlil əl-Həyyənin oğlu Qəzzənin qərbindəki ər-Rimal məhəlləsində yerləşən mənzilə Sionist rejimin həyata keçirdiyi hava hücumundan sağ qurtulub.

PUA hücumu nəticəsində 6 fələstinli yaralanıb. Hədəf alınan şəxs Xəlil əl-Həyyənin həyatda olan sonuncu oğludur. Onun digər oğulları əvvəllər Sionist rejimin hücumları zamanı şəhid olublar.