İranXƏBƏRLƏR

İran və Az. dekabrda Culfa körpüsünün açılışıı barədə müzakirə edəcəklər

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: İran və Azərbaycan Respublikasının sərhəd rəsmilərinin müştərək komissiyasının iclası cari il dekabr ayında keçirilməlidir.

 

APA İnformasiya Agentliyinin məlumatına görə, Möhsün Pakayin əlavə edib: Bu iclasda Culfa sərhəd keçid məntəqəsində yeni körpünün istifadəyə verilməsi məsələsi müzakirə olunacaq.

Bu iclasın keçirilməsi üçün dəqiq zamanın müəyyənləşmədiyini bəyan edən səfir deyib: İran və Azərbaycan ekspertləri Culfa sərhədindəki mövcud körpünün köhnə olduğunu və 30 tondan yuxarı yük maşınlarının bu körpüdən keçməsinin mümkün olmadığını təsdiqləyiblər.

“Hazırkı körpünün istehlak müddəti başa çatıb və 30 tondan yuxarı yük maşınlarının bu körpüdən keçməsi təhlükəlidir. İki ölkə arasında razılıq əldə olunduqdan sonra yeni körpü istifadəyə veriləcək” –deyə İran səfiri əlavə edib.

Qeyd etmək lazımdır ki, bu problemin ardınca, Azərbaycan Respublikasının bir sıra yanacaq daşıyan tankerləri Gürcüstan və Türkiyə vasitəsi ilə Naxçıvana daxil olmağa məcbur olublar. Bu yolun İran yolundan on dəfə uzun olmasından əlavə, sürücülər Gürcüstan və Türkiyədə çoxlu vəsaitlər xərcləməli olurlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu