Sionistlər fələstinlilərə aid iki xeyr təşkilatını bağladı

Sionist İsrail gücləri işğal altındakı Fələstin torpaqlarındakı cinayət və zülmə davam edərkən xəbər qaynaqları İsrail güclərinin, fələstinlilərə aid iki xeyriyyə təşkilatının fəaliyyətlərini maneə törətdiyini bildirdilər.

Presstv’nin xəbərinə görə, sionist qüvvələr dünən işğal altındakı Fələstin torpaqlarında, iki xeyr təşkilatını, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS ilə əlaqələri olduğu bəhanəsiylə bağladığını bildirdi.

Fəaliyyətləri dayandırılmış iki təşkilatın, Qüdsdə el’Aksa Müsəlman Qadınları ilə el’Fecr Xeyr Təşkilatı olduğu, işçilərindən bir çoxunun da həbs olunduğu bildirildi.

Terror rejimi haqqında danışılan iki təşkilatın HƏMASa maliyyə dəstək təmin etdiyi və işğal altındakı Fələstin torpaqlarında irqçi İsrail əleyhinə hərəkətlər edilməsi üçün təhrikedici cəhdlərinin olduğunu bildirdi.

Bu arada Işğal rejiminin keçən avqust ayında Qəzzaya istiqamətli başlatdığı və 51 gün davam edən döyüşün üzərindən beş ay keçməsinə baxmayaraq, müharibənin təsirləri və nəticələri danışılmağa və müzakirə davam edir. Savaşı qiymətləndirən işğal rejimindeki iki komandir, son Qəzza müharibəsinin özləri baxımından müvəffəqiyyətsizliklə nəticələndiyini və məqsədlərinə çata bilmədiklərini, Həmas hərəkətini caydıramadıklarını və döyüş səbəbiylə də işğal rejiminin ağır əvəzlər ödəmək vəziyyətində qaldığını söylədi.

Sionist işğal rejimində nəşr Yediot Aharanot qəzetinə danışan Sionist İsrail ordusu Baş qərargah Başçısı namizədlərindən Yoav Galant, Qəzzaya istiqamətli başlatdıqları döyüşün üç meyara görə də müvəffəqiyyətsiz olduğunu və Sionist İsrail ordusunun məqsədinə çata bilmədiyini söylədi.

↑
Mobil sürümden çık