İranXƏBƏRLƏR

Laricani: Şiə imamların məqsədi islam ümmətinin qorunmasıdır

İran İslam Şurası Məclisinin sədri şiə imamların müsəlman xalqların məlumatlandırma örnəyini islam ümmətinin böhran və problemlərdən uzaqlaşması üçün məqsəd adlandırıb.

Səhər telekanalı internet portalının İRNA-ya istinadla verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün parlamentin açıq iclasında şiələrin 11-ci imamı Həzrət İmam Həsən Əsgərinin (ə) səadətli mövludu münasibəti ilə hamını təbrik edərək deyib: Şiə imamlarının tarix boyu səyi ümmətlərin qorunması və hidayət olunması məqsədilə müsəlman xalqlar üçün aydın örnəyin təqdim olunması olub.

Həzrət İmam Həsən Əsgərinin (ə) yaşadığı dövrdə islam ümmətinin bir çox böhranının siyasi qüdrəti ələ keçirmək üstündə savaşdan qaynaqlandığını söyləyən Laricani əlavə edib: Şiələrə çətin şəraitin artırıldığı və ruhanilik simvollarının tanıtdırılması ilə haqq məktəbinə qarşı mədəni hücum olunduğu vəziyyətdə şiələrin 11-ci imamı və sirdaşlarına həqiqi islamın genişlənməsi yolunda problemlər yaradılmışdı. O həzrət ictimaiyyətin fikri əsaslarının gücləndirilməsinə çalışırdı.

İran parlamentinin sədri həmçinin şiələrin 11-ci imamının məlumatlandırmasından qorxuya düşən Abbasi xəlifəsi tərəfindən o həzrətin 28 yaşında şəhid edilməsinə toxunaraq ümidvarlıq edib ki, pak Əhli-Beyt (ə) aşiqi olan İran xalqı onların müqəddəsliyindən faydalanaraq doğru yoldakı hərəkəti davam etdirəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu