Sionistlərin əl-Əqsa məscidinə təcavüzü barədə xəbərdarlıq olunub

Fələstin İslami Vəqflər Şurasının rəhbəri sionist rejimin Qüdsü yəhudiləşdirmək üçün hərəkətlərinin kəskinləşməsi barəsində xəbərdarlıq edib.

Şeyx Əbdüləzim Səlhəb bu gün bildirib: İsrail rejimi sionist qəsəbələr inşa etmək, Qüds şəhərinin fələstinli sakinlərini didərgin etmək və hərbçilərin basqını ilə əl-Əqsaya hörmətsizlik etməklə Beytül-Müqəddəsin yəhudiləşdirilməsi istiqamətində dayanmadan çalışır.

Şeyx Əbdüləzim Səlhəb əlavə edib: Sionist başçılar İslam Vəqfləri və əl-Əqsa Məscidinin abadlığı komitəsinin bərpa işlərinə mane olurlar.

Fələstin İslami Vəqflər Şurasının sədri bildirib: Əl-Əqsa məscidinin bütün hissələri, o cümlədən həyətləri, otaqları və divarları müsəlmanlara aiddir, yəhudilərin orada heç bir haqqı yoxdur və İsrail rejiminin bu müqəddəs məkana qarşı nəhs planları məğlubiyyətə məhkumdur.

Sionist rejim əl-Əqsa məscidinə qarşı hərəkətlər, o cümlədən onun həyətində və ətrafında qazıntılar aparmaqla müsəlmanların bu müqəddəs məkanını dağıtmaq niyyətindədirlər.

↑
Mobil sürümden çık