ABŞ-ın əmrindəki qüvvələrin Əfqanıstanın şərqində hava hücumunda ən azı 11 nəfər, o cümlədən 2 uşaq həlak olub, 8 nəfər də yaralanıb.
Bu hadisə şənbə günü Qəzney şəhəri yaxınlığında baş verib. Yerli rəsmilər bildiriblər ki, iki qadın və bir uşaq da bu hava hücumu yaralıları arasındadır.
Məlumatlara görə, bu yaralılardan ikisinin vəziyyəti ağırdır.
Qeyd etmək lazımdır ki, ötən həftə Əfqanıstanın Loqer vilayətində baş verən oxşar hava hücumunda ən azı 7 mülki vətəndaş həlak olmuşdur.