Nizamın Məsləhətini Diaqnoz Şurası (DMTK) Strateji Analizlər Mərkəzinin rəhbəri Əli Əkbər Vəlayəti dünən, Fransa Parlament heyətiylə görüşdükdən sonra müxbirlər arasında danışarkən “Biz bu ziyarətdə ikitərəfli əlaqələri görüşün yanında, qərblə Rusiya arasındakı problemlər və Suriya, İraq və Ukrayna daxil regional və beynəlxalq məsələləri də danışdıq “dedi.
Vəlayəti daha sonra, söz mövzusu görüşdə nüvə müzakirələrin gələcəyi və İranla Fransa arasındakı əlaqələrin inkişaf etdirilməsi mövzusunu da ələ aldıqlarını ifadə edərək “Bu görüşdə iki ölkə əlaqələri prosesində maneələrin qaldırılması lazım olduğu da vurğulandı” şəklində danışdı.
Köhnə xarici işlər naziri Vəlayəti ayrıca “Fransa Parlament nümayəndə heyətinin, iki ölkə arasında iqtisadi əlaqə həcminin artırılması və maliyyə maneələrin qaldırılması mövzusunda hazır olduqlarını ifadə etdi” ifadəsini istifadə etdi.