Rusiyanın Terrorizmlə Mübarizə Agentliyi bu gün bildirib ki, müəyyən video-çarxları araşdırır və bir terrorçu qrup onları internetdə yayaraq, hədələyibdir ki, Soçi Olimpiya Oyunlarının keçirildiyi idman salonlarına hücum edəcəkdir.
Bu video-çarxları Rusiyanın Dağıstan Muxtar Respublikasındakı yaraqlı bir qrup yayıb.
2014-cü il Fevral ayında keçiriləcək Soçi Qış Olimpiya Oyunları Dağıstanın qərbindən 500 km aralıda yerləşir yerdə keçiriləcək.
Bu video-çarxlarda rus dilində danışan və özünü Ənsar-ül-Sünnə adlı təkfirçi qrupun üzvü kimi təqdim edən iki şəxs Soçi Qış Olimpiya Oyunlarına hücum hədəsi ilə çıxış edibdir.