İran ilə 5+1 Qrupu arasında Cenevrədə baş tutacaq növbəti nüvə müzakirələrində tərəflər arasında razılığın əldə edilməsi ehtimalı çoxdur. Bunu “Frans 24” telekanalı ilə müsahibədə İranın xarici işlər naziri deyib.
YUNESKO-nun 37-ci iclasında iştirak etmək üçün çərşənbə axşamı günü Parisə səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Frans 24” telekanalı ilə müsahibədə vurğulayıb: Bu həftə 5+1 Qrupu ilə olacaq nüvə müzakirələrin anlaşma ilə nəticələnməsi ehtimal olunur. Amma, bunun mütləq belə olmasını gözləmək doğru olmazdı.
İran və 5+1 Qrupu arasındakı növbəti müzakirələr bu həftə Cenevrədə gerçəkləşəcək. İran iki həftə öncə 5+1 Qrupuna yeni bir layihə təqdim etmişdi ki, onun külliyyatı barədə tərəflər arasında razılıq əldə olunmuşdu.
İranın xarici işlər nazirinin müavini və İranın nüvə müzakirəçisi Seyid Abbas İraqçı da ümidvarlıq edib ki, tərəflər müzakirələrin növbəti turunda əsas mövzulara daxil olsunlar.
İranın xarici işlər naziri “Frans 24” telekanalı ilə müsahibədə Suriyada xarici qüvvələrin olması faktına da işarə edərək, deyib: Tehran Suriyada cərəyan edən hadisələrdə nüfuz sahibi olan bütün tərəflərin iştirakı ilə suriyalı olmayan bütün xarici qüvvələrin bu ölkədən çıxarılmasına yardım etməyə hazırdır.