Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki mədən faciəsi nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Somadakı işləri əlaqələndirən enerji və təbii sərvətlər naziri Taner Yıldız jrnalistlərə bildirib ki, beləliklə, ölənlərin sayı 282 nəfərə çatıb.
Son 12 saat ərzində mədəndən sağ fəhlə çıxarılmayıb və mədəndə yanğın davam edir.
Taner Yıldız onu da bildirib ki, ölənlərdən 217-sinin cənazəsi ailələrinə təhvil verilib.
Səhiyyə naziri Mehmet Müezzinoğlu məlumat verib ki, hazırda xəstəxanalarda 27 nəfər müalicə olunur.