Somalinin paytaxtı Mogadişu’nun şərqində bir restorana bomba yüklü avtomobillə təşkil edilən intihar hücumunda 4 adamın öldüyü, 10 adamın yaralandığı bildirildi.
Yerli qaynaqlardan alınan məlumata görə, Mogadişu’nun şərqindəki Şebs qəsəbəsində bir restorana bomba yüklü avtomobillə intihar hücumu təşkil edildi. Hücum nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
İntihar hücumunda restoran və yaxınındakı binalarda böyük ziyan meydana gəldiyi ifadə edilərkən, hədəf alınan müəssisənin Somali təhlükəsizlik qüvvələrinin uğrak yerlərindən biri olduğu qeyd edildi.
Hücumun məsuliyyətini hələ boynuna götürən olmadı.