İstanbul polisi etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Türkiyənin İstanbul şəhərində minlərlə etirazçı bu şəhər küçələrinə axışdığı zaman anti-üsyan polisinin onlara qarşı hərəkətə keçdiyinin şahidi olub. Polis İstiqlal prospektində aksiyanı yatırmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.
Aksiyaçılar Taksim meydanındakı etirazçıların və Taksimlə həmrəylik qrupu üzvlərinin həbs olunması ilə bağlı Türkiyə polisinin hərəkətini pisləyiblər.
