İngilis dilində çıxan bir qəzet ifratçı ingilislərdən bir qrupunun Yəməndə terrorçu Əl-Qaidə təşkilatına qoşulmasını bildirib.
Times qəzeti son sayında , Yəmənin cənubunda Şəbvə vilayətinin bəzi xəbər qaynaqlarına istinadən yazıb : Əlcəzair , İngiltərə və Çeçen mənşəli şəxslərdən bir qrupu Yəməndə terrorçu Əl-Qaidə təşkilatının üzvləri tərkibində döyüşürlər.
Son üç gündə Yəməndə baş verən qarşıdurmalar nəticəsində Yəmən hərbçilərindən 21 nəfəri və terrorçulardan isə 20 nəfəri həlak olub.
Yəmənin quru-qoşun qüvvələri çərşənbə axşamı günü xüsusi təyinatlı qüvvələr və qəbilə sakinli əhalidən ibarət qüvvənin köməyi ilə Əbyən və Şəbvə vilayətlərində terrorçu ünsürlərin mövqeyini atəşə tutmuşdular. Bu əməliyyat 2012-ci ildən bəri Yəməndə təhlükəsizlik qüvvələrinin ən əhatəli əməliyyatı olmuşdur.