BəhreynXƏBƏRLƏR

Bəhreynli şəhid yeniyetmənin dəfn mərasimində iştirak edənlər vəhşicəsinə hücuma məruz qalıblar

Ali-Xəlifə rejiminin qüvvələri bəhreynli şəhid yeniyetmənin dəfn mərasimində iştirak edənlərə hücum edərək, onları saçma güllələri ilə hədəf tutublar.

Ali-Xəlifə Rejiminin hərbçiləri dünən axşam Manamanın qərbində yerləşən Əl-diyə kəndində bəhreynli şəhid yeniyetmə Hüseyn Əl-Cəzirinin dəfn mərasimi zamanı bu mərasimdə iştirak edənlərə də rəhm etməyib, onlara hücum ediblər.

17 yaşlı Hüseyn Əl-Cəziri 14 Fevral Bəhreyn İnqilabının 2-ci ildönümü mərasimi zamanı saçma güllə nəticəsində şəhid edildi.

Ali-Xəlifə rejiminin qüvvələri bu kəndə gedən yolları bağladıqdan sonra bu şəhidin dəfn mərasimində iştirak edənləri zəhərli qaz bombaları və saçma güllələri ilə hədəf tutular ki, nəticədə onlardan onlarla nəfəri yaralandı.

Bəhreynin Vifaq Cəmiyyəti bir bəyanat yayaraq, bu mərasimdə iştirak edənlərə qarşı hücumu pislədi.

Ali-Xəlifə rejimi hətta şəhid Əl-Cəzirinin anasının öz övladının cəsədi ilə morqda görüşməsinin belə qarşısını aldı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu