İran İslam Respublikasının xarici işlər naziri öz türk həmkarı ilə görüşdə Misir xalqının qərarına hamının hörmət bəslədiyini bildirib və bütün misirli ziyalılar və tərəflərin birliyi ilə bu ölkədə milli birlik və vəhdətin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bir heyətin müşayiəti ilə Ankaraya səfər edən İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşərək danışıqlar aparıb.
Regionun, xüsusilə də Suriyanın cari prosesləri ilə bağlı İran İslam Respublikasının mövqeyini açıqlayan Salehi region ölkələrində xalqın tələbinə hörmətlə yanaşılması ilə əlaqədar İranın prinsipial mövqeyinə toxunub və daxili siyasi dialoqlar və xarici qüvvələrin müdaxiləsindən çəkinmək çərçivəsində xalq tələblərinə müsbət cavabın verilməsinin zəruriliyini vurğulayıb.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da bu görüşdə iki ölkənin münasibətlərini əhəmiyyətli adlandırıb, ikitərəfli münasibətlərin bütün potensiallarından faydalanmağın zəruriliyini qeyd edərək region, xüsusilə də Suriya və Misir prosesləri barəsində öz ölkəsinin mövqelərini açıqlayıb