İranXƏBƏRLƏR

Stax.Net virusunun hazırlanmasında Təl-Əviv ilə Vaşinqtonun birgə çalışması təsdiq edildi

Edvard Snovden internet virusu olan Stax.Net-in arxasında ABŞ və İsrail rejiminin durduğunu ifşa edib.

Bir müddət öncə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı olmuş Edvard Snovden Almaniyada çıxan Şpigel jurnalı ilə müsahibədə bildirib ki, İranın nüvə təsisatlarını hədəfə alan Stax.Net virusu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən və İsrail rejiminin əməkdaşlığı ilə hazırlanıb.

Stax.Net virusu İranın nüvə təsisatlarını hədəfə almaq məqsədilə 2009 və 2010-cu illərdə yazılıb. Bu virus minlərlə sentrifuqanın sürətini dəyişməli və İranın nüvə araşdırmalarına xələl gətirməli imiş. Amma, iranlı mütəxəssislərin səyləri nəticəsində Stax.Net önlənildi və sonrakı dağıdıcı ehtimalların qarşısı alındı.

E.Snovden mərkəzi ofisləri Amerikada yerləşən çox millətli şirkətlərə etimad etmək olmaz. Məgər bunun əksi sabit olmuş olsun.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu
Kapalı