SuriyaXƏBƏRLƏR

Suriya baş müftisi: 2 min rus yaraqlı Suriyaya gedib

Suriyanın baş müftisi Əhməd Bədrəddin Həssun deyir ki, ən azı 2 min Rusiya vətəndaşı Suriyada xaricdən himayə olunan yaraqlılarla birlikdə rəsmi Dəməşqlə döyüşüb və bu ərəb ölkəsini xarabalığa çevirib.
Şeyx Həssun Moskva İslam Universitetində olduğu zaman deyib: Əksəriyyətini çeçenlər təşkil edən yaraqlılar 2011-ci ildə böhran başladıqdan sonra Suriyaya axışıblar.
Baş müftinin sözlərinə görə, indiyə qədər çoxlu sayda yaraqlı öldürülüb və Dəməşq təxmin edir ki, Suriyada hələ də 1300 yaraqlı fəaldır.
Suriya baş müftisi əlavə edib: Suriyada olan Rusiya vətəndaşlarının çoxlu Şimali Qafqaz və Müstəqil Dövlətlər Birliyi MDB-dəndir.
Suriya prezidenti Bəşşar Əsəd may ayında bildirdi ki, 29 müxtəlif ölkədən olan bu yaraqlılar Suriyanın müxtəlif bölgələrində onun hökumətinə qarşı döyüşürlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu