SuriyaÜMUMİXƏBƏRLƏR

Suriya böhranının həlli üçün İraqın 9 maddəlik layihəsi

İraq hökuməti rəsmi şəkildə Suriya probleminin həlli üçün 9 maddəlik layihə təklif edib ki, bu problem həll olunsun.

Bu layihədə Suriya hökuməti ilə müxaliflər arasında dərhal atəşkəsin elan olunması, hər bir ölkə tərəfindən hökumət və müxaliflərə silah göndərilməsinin dayandırılması, bütün xarici döyüşçülərin Suriyadan geri çəkilməsi, Suriyada kimyəvi silahdan istifadənin amilinin kimliyi barəsində şəffaf araşdırmanın aparılması, dünya və region ölkələri tərəfindən Suriyada xarici müdaxilələrin dayandırılması, Suriyaya hücum üçün ərəb ölkələrinin ərazilərindən istifadənin olunmaması, Suriya xalqına yardım üçün ərəb fondunun yaradılması, müvəqqəti hökumətin təşkilinə hazırlıq və seçkilərin keçirilməsinə zəmin yaratmaq, xalqın bəyəndiyi hər bir qrup və siyasi cərəyandan olan hökumətinin iqtidara gəlməsi məqsədilə hökumət və müxalifət arasında birbaşa müzakirənin keçirilməsi üçün zaman cədvəlinin təyin olunması təklif olunmuşdur.

İraq baş naziri Nuri əl-Maliki televiziya çıxışında Suriya böhranının qarşıdakı problemlərinə toxunaraq rəsmi şəkildə qərbin Suriyaya qarşı hədələrinin dayandırılmasını istəyib.

İraq baş naziri Suriyaya istənilən hərbi hücumun mənfi nəticələri barəsində xəbərdarlıq edərək deyib: Bu müharibə baş verərsə, onu dayandırmaq qeyri-mümkün olacaq və onun mənfi nəticələri bütün regiona təsir göstərəcək.

Hal-hazırda Ərəb Liqasına üzv bəzi ölkələr Suriyaya istənilən hərbi hücuma qarşıdırlar və Ərəb Liqası bu məsələyə diqqət yetirməli və bu ölkələrin rəyinə hörmətlə yanaşmalıdır.

“İraq, Əlcəzair, Misir, Livan, Tunis və Mavritaniya Suriyaya hərbi hücuma qarşıdırlar və bu onu göstərir ki, Suriya böhranı üçün siyasi həll yolun tapılması çox önəmli olacaqdır” –deyə əl-Maliki bildirib.

İraq baş naziri Suriyaya hücum üçün kimyəvi silahdan istifadənin bəhanə gətirilməsinə toxunaraq bildirib: Bəzi ölkələr öz məqsədlərinə çatmaq üçün Suriya xalqının problemləri, dərdi və əzabından sui-istifadə edirlər.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı