Fələstinin İslami Müqavimət Hərəkatı ( Həmas ) Fələstin özünüidarə hökumətinin təhlükəsizlik qüvvələrini bu hərəkatın tərəfdarlarından bir qrupunu həbs etməkdə süçlayıb.
Əl-Youm Əl-Sabe qəzetinin internet saytı cümə günü ( 6 sentyabr ) Həmas hərəkatı tərəfindən yayılan bəyanata istinadən qeyd edib: Fələstin Özünüidarə Hökumətinin Təhlükəsizlik qüvvələri İordan Çayının Qərb Sahilində Həmas hərəkatının tərəfdarlarından 6 nəfərini həbs ediblər , 3 nəfəri də təhlükəsizlik mərkəzlərinə çağırıblar. Polis bu 3 nəfərin üzərində istintaq aparmaq fikrindədir.
Bəyanatın davamında deyilir : Fələstin Özünüidarə Hökumətindən asılı məhkəmələr 7 ay bundan öncədən Ramullah həbsxanasında 4 siyasi məhbusun azad edilməsi haqqda hökmünü naməlum səbəblərə görə təxirə salıblar.
Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik orqanları fələstinli mübarizələri xüsusilə də müqavimət döyüşçülərini həbs etməkdə Sionist rejim qüvvələri ilə əməkdaşlıq edirlər.