Suriya: Dövlət başçılarının iclası Qətər, Türkiyə və ABŞ arasında olacaq

Suriyanın informasiya nazirinin müavini Ərəb Liqası əsasnaməsi və onun daxili qanunlarının Doha iclasında pozulmasına toxunaraq bu iclası Qətər, Türkiyə və ABŞ arasında iclas adlandırıb.

Əl-Miftahın sözlərinə görə, Qətər paytaxtında keçirilən ərəb ölkələri dövlət başçılarının iclası əslində Qətər, Türkiyə və ABŞ-ın məqsəd və tələblərinə əsasən Suriyanın siyasi hakimiyyətinə təcavüz və Ərəb Liqasının təsisçilərindən biri olan quruluş əleyhinə açıq-aşkar qarşı çıxmaqdır.

Ərəb Liqası dövlət başçılarının Doha iclasının bu liqanın əsasnaməsi və daxili qanunlara zidd şəkildə keçirildiyinə toxunan Suriya rəsmisi söyləyib: Bu addım ərəb dünyasının siyasi atmosferində tanınmayan və qəribə bir siyasi fenomen və bu liqaya mənfi təsir göstərəcək misli görünməmiş bir hadisədir.

Xələf əl-Miftah bildirib: Bu iclasda Suriya böhranının həllinin siyasi prosesi barəsində həqiqi və əsaslı heç bir açıqlama verilmədi. Əslində irəli sürülən bütün mövqelər hərbi strategiya və zorakılıqlar istiqamətində idi.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun açıqlamalarına toxunan əl-Miftah deyib: Görünür növbəti addım Suriyanın BMT-dəki daimi nümayəndəliyinin işğal olunması üçün səydir.

“Fars Körfəzi Əməkdaşlıq Şurası, xüsusilə də Qətərin tam nəzarətində olan Ərəb Liqası Suriyanın qanuni hökumətinə qarşı tam düşmənçi mövqeyi seçib. Beləliklə bu liqa Suriya böhranında tərəflər arasında tərəfsiz vasitəçilik rolunu itirmiş, üstəlik qeyd olunan böhranda gərginlik yaradan tərəfə çevrilmişdir” –deyə Suriya rəsmisi qeyd edib.

↑
Mobil sürümden çık