SuriyaXƏBƏRLƏR

Suriya düşmənlərinin məqsədi müqavimət cəbhəsini zəiflətməkdir

Suriyadakı fələstinli mübariz qruplar şənbə günü axşam Dəməşqdə səfərdə olan İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşüb, danışıqlar aparıblar.

Bu görüşdə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri -Əlaəddin Brucerdi Fələstin və Müqavimət məsələlərini himayə etməyi İran İslam Respublikasının dəyişilməz siyasəti adlandırıb və deyib: İran İslam Respublikası 8 günlük Qəzzə müharibəsi zamanı çəkinmədən Fələstin müqavimətini silahla təmin etdiyini bildirməkdən heç də çəkinmirdi və Vəlfəcr-5 raketləri bu məqsədlə işğalçı rejim ilə mübarizə meydanına daxil oldu. Və bu gün məzlum Fələstin xalqını himayə etmək milli bir İradəyə çevrilib.

Fələstinli mübariz qrupların nümayəndəsi olaraq Əhməd Cəbrayıl da bu görüşdə regionda cərəyan edən hadisələrə və düşmənlərin region xalqları xüsusilə də Fələstin xalqına qarşı xəbis planları haqda danışaraq, vurğulayıb: İran İslam Respublikası ötən 3 onillikdə Fələstin xalqının işğal edilmiş ərazilərin azadlığı ilə bağlı ümidlərini daim qoruyub.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi əlavə edib: İran İslam Respublikasının himayələri və Fələstin və Livanda Müqavimət Cəbhəsinin formalaşması sayəsində işğalçı sionistlərə qarşı mübarizədə tarixi qələbələr əldə edilib. Buna görə də bu gün düşmən Suriyanı hədəfə alıb ki, Müqavimət Cəbhəsini zəiflətsin.

Əbu Əhməd Fuad da bu görüşdə Ərəb Liqası və Ərəb rejimlərinin rəftarlarını tənqid edərək, deyib: Onlar çalışırlar ki, özlərini Fələstin xalqının qəyyumu kimi qələmə versinlər. Amma, əslində Fələstin torpaqlarını sionistlərə vermək ardıncadırlar. Onlar yalnız Təl-Əviv ilə əlaqələrin yaxşılaşdırılması və öz mənafelərini qorumaq ardıncadırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu