İranSuriyaXƏBƏRLƏR

Suriya hazırkı böhranı qələbə ilə arxada qoyacaq

İranın xarici işlər naziri deyib: Əminəm ki, Suriya böhranı qələbə ilə arxada qoyacaq, zira bu ölkənin xalqı və dövləti haqlıdırlar.

Əli Əkbər Salehi dünən bu sözləri Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşdən sonra verdiyi müsahibədə bildirib və belə əlavə edib: Xalqın müqaviməti və dövlətlə birliyi Suriyanın siyasi quruluşunun ötən iki ildə şücaətli bir mövqe ilə xarici təzyiqlər və ölkə daxilindəki muzdlular qarşısında dayanmasına səbəb olub.

İranın diplomatiya aparatının başçısı deyib: Bəşşar Əsədlə görüşdə bir nəticəyə çatdıq ki, Suriya bu ölkə ordusunun nailiyyətləri sayəsində və Suriya ərazisinin mühüm hissələrinin təmizlənməsi ilə yaxın gələcəkdə öz salamatlığını bərpa edəcəkdir.

O, əlavə edib: İran Suriya xalqının həmin ölkə böhranına son qoymaq üçün xarici həll yolunun qəbul etdirilməsi ilə müxalifət üzrə tələbini dəstəkləyir.

Əli Əkbər Salehi söyləyib: İİR Suriya xalqına iqtisadi və humanitar yardımlarını davam etdirməyə hazırdır ki, bu böhranı arxada qoysun.
Əli Əkbər Salehi İordaniyaya səfərdən sonra dünən axşamçağı Dəməşqdə bir neçə saat dayanıb və Bəşşar Əsədlə görüşdən sonra Suriyadan Tehrana qayıdıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu