Suriyanın Havadan Müdafiə Qüvvələri(HMQ) İsrailə məxsus bir ədəd pilotsuz casusluq təyyarəsini vuraraq, yerə salıb.
Times of İsrail internet portalının məlumatına görə, Suriya HMQ çərşənbə günü axşam Livan-Suriya sərhədləri üzərində uçuş həyata keçirən İsrailə məxsus pilotsuz təyyarəni vurub.
Şahid ifadələrinə görə, yer-hava tipli raketin buraxılmasının ardınca bu pilotsuz təyyarə Livan ilə sərhəd məntəqədə yerə düşüb.
Suriya HMQ İsrailə məxsus bir ədəd pilotsuz təyyarəni vurdu
