İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm İran və Azərbaycan Respublikasının media münasibətlərinin genişləndirilməsini vurğulayaraq deyib: Media münasibətləri və media münasibətlərinin genişləndirilməsi iki qardaş ölkənin münasibətlərinin hərtərəfli inkişafı istiqamətində izlənilir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: Medialar qanunlara tabe olmalıdırlar. Bəzən bəzi medialar tərəfindən elə hallar yaradılır ki, bu anlaşılmazlıq heç bir vəchlə iki ölkənin siyasi və diplomatik münasibətləri ilə ümumiləşdirilməməli və ya ona zərbə vurmamalıdır.
“İran və Azərbaycan Respublikasının münasibətləri dostluq istiqamətində davam etməkdədir. Bu istiqamətdə İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin iclası cari həftədə Türkiyənin Van şəhərində keçiriləcəkdir” –deyə Mərziyyə Əfxəm əlavə edib.
İran Xarici İşlər Nazirliyi sözçüsünün sözlərinə görə, İran münasibətlərin genişləndirilməsində qonşu ölkələri həmişə nəzərə alır və bu münasibətləri bütün ikitərəfli, üçtərəfli və neçə tərəfli çərçivələrdə genişləndirir.
Əfxəm söyləyib: Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev də İrana səfər üçün dəvət olunub və iki ölkə prezidentlərinin səfər proqramlarına əsasən bu səfər baş tutacaqdır.