Suriya İsrail rejiminin istənilən hücumunu cavablandıracaq

Suriya hökuməti bildirib ki, İsrail rejiminin ehtimal edilən istənilən hücumu dərhal cavablandırılacaq.

Suriyanın xarici işlər naziri Vəlid Müəllim çərşənbə günü Livanın əl-Məyadin telekanalı ilə müsahibədə deyib: Dəməşq öncədən xəbərdarlıq etmədən istənilən hücum ehtimalını cavablandıracaq.

Suriyanın xarici işlər naziri əlavə edib: Suriya İsrailin hücumlarının cavabsız qalmasına icazə verməyəcək. Cavab addımı hücuma münasib olacaq və həmin növ silahlardan istifadə ediləcək.

V.Müəllim Suriyanın Cenevrə-2 müzakirələrində ön şərt olmadan iştirak edəcəyini deyərək, əlavə edib: Suriya prezidenti Bəşşar Əsəd 2014-cü ildə Suriyada keçiriləcək prezident seçkilərinə kimi öz vəzifəsində qalacaq. Və onun növbəti prezident seçkilərində iştirak etməsi də ehtimal olunur.

Suriyanın xarici işlər naziri əlavə edib: Gələcək prezident seçkilərinə kimi prezident Bəşşar Əsəddir. O, Suriya Ərəb Respublikasının prezidentidir.
Vəlid Müəllim dünyanın 28 ölkəsindən gəlmiş terrorçuların Suriya hökumətinə qarşı savaşda iştirak etdiklərini də qeyd edib.

↑
Exit mobile version