Suriya ordusu Hələb və onun ətrafını terrorçulardan təmizləmək üçün bazar günü “Şimal Tufanı” adlı əməliyyata başlayıb.
xüsusi hərbi mənbələr bildirirlər ki, Suriya ordusu qüvvələri Hələb vilayətində silahlı terrorçu qruplaşmaların nəzarətində olan bölgələri geri almaq üçün bu gündən öz əməliyyatlarına başlayıblar. Bu əməliyyatda çoxlu sayda terrorçu, o cümlədən Ərəbistan, İordaniya, Küveyt və Misir vətəndaşı olan terrorçu öldürülüb.
Bu məlumata görə, Suriya ordusu Laziqiyyənin ətrafında Türkiyəyə qaçmağa cəhd göstərən bir çox terrorçuya əngəl olub və onların çoxunu məhv edib.