elmiİranXƏBƏRLƏR

İran Azərbaycan Respublikası vətəndaşlarına daha yaxşı tibbi xidmətlər vermək istəyir

İran İslam Respublikası Azərbaycan Respublikası vətəndaşlarına daha yaxşı tibbi xidmətlər vermək üçün Azərbaycan Respublikasında sonsuzluğun müalicəsi üzrə xüsusi mərkəz yaradır.

İran Universitetlərinin Cihad Mərkəzinin rəhbəri doktor Məhəmməd Hüseyn Yadigari deyib ki, bu elmi mərkəz ölkədən kənar öz fəaliyyətlərini genişləndirib və xüsusilə İranın qonşu ölkələrində yüksək tibbi xidmətlər təqdim edir.

“Azərbaycan Respublikasında xüsusi bir müalicə mərkəzi istifadəyə vermişik ki, müraciət edən şəxsin xəstəliyinə həmin yerdə diaqnoz qoyulur və əgər müalicəsi olarsa, müalicə olunur, əgər daha modern xidmətlərə ehtiyaclı olarsa, onu İrandakı müalicə mərkəzlərinə köçürəcəyik. Çalışırıq ki, İranda onların qalmaları və rifah xidmətlərini təmin edək. Bakıda modern müalicə xidmətləri elə indidən başlanmışdır” –deyə Yadigari bildirib.

Şərqi Azərbaycan ostanı universitetlərin cihad mərkəzinin rəhbəri deyib: İran Azərbaycan Respublikasında sonsuzluğun müalicəsi üçün xüsusi bir mərkəz yaradır.

İnkişaf və Ədalət onilliyində universitetin cihad bölməsinin rolunda həmrəylik üzrə konfransda çıxış edən Əhməd Fərşbafian əlavə edib: Bu qurum indiyə qədər Azərbaycan Respublikası və Türkiyədən 300 cütlüyü Azərbaycan Sonsuzluq və Ana Hüceyrələrin Təhqiqatı mərkəzində qəbul edib.

Təsis olunmasından təxminən 2 il keçən Şərqi Azərbaycan Sonsuzluq mərkəzində 92 hamilə halı qeydə alınıb.

Şərqi Azərbaycan ostanı universitetin cihad bölməsinin rəhbəri həmçinin söyləyib: İranın tibb mərkəzləri hazırda Azad Araz ticarət zonasında 12 xüsusi tibb sahəsində azərbaycanlılar, xüsusilə də naxçıvanlılara xidmətlər təqdim etməkdədirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu