Qoşulmama Hərəkatı ölkələrin nüvə enerjisindən dinc istifadə üzrə qanuni haqlarını vurğulayaraq, nüvə silahlarına malik olan ölkələrin tərksilah sahəsindəki hərəkətlərini kəskin tərzdə tənqid edib.
Nüvə Silahlarının Yayılmaması Müahidəsi- NPT-nin Hazırlıq Komitəsinin iclası bu gündən etibarən, 2 həftə ərzində Cenevrədə keçiriləcək. İranın başçılığı altında Qoşulmama Hərəkatına üzv ölkələr Nüvə Silahlarının Yayılmaması Müahidəsi- NPT-nin Hazırlıq Komitəsinin iclasında fəal iştiraka malikdirlər.
Qoşulmama Hərəkatının nüvə silahlarının yayılmaması üzrə müahidə ilə bağlı məsələlər sahəsindəki bəyanatında nüvə ölkələrinin tərksilah sahəsindəki hərəkətləri tənqid olunaraq, bu silahların tam şəkildə məhv edilməsi, nüvə enerjisindən dinc istifadənin yayılması və bu sahədə ölkələrin haqqına hörmət edilməsi, habelə nüvə silahları olmayan məntəqələr, xüsusən Yaxın Şərqdə bunun yaradılmasının önəmi, eləcə də müahidənin cahanşümulluğu vurğulanıb.
Bəyanat İranın BMT-nin Cenevrədəki Avropa Ofisi yanındakı səfiri və daimi nümayəndəsi- Məhəmməd Rza Səccadi tərəfindən Cenevrədə keçirilən NPT-nın yenidən nəzərdən keçirilməsi konfransının ilkin komitəsinin açılış mərasimində oxunub. Qeyd olunan bəyanatda həmçinin nüvə dövlətlərinin nüvə tərksilahı sahəsindəki zəif əməlləri kəskin şəkildə tənqid olunub.
Bundan əlavə, sionist rejim və onun nüvə proqramları məntəqənin sülhü və təhlükəsizliyi əleyhinə ən mühüm hədə adlandırılıb.
Bəyanatda qoşulmayan ölkələr sionist rejimin nüvə cəbbəxanalarının genişləndirilməsini pisləyərək, işğal olunmuş Fələstinə elmi və ya texnoloji nüvə ilə bağlı sahələrdə aparatlar, mənbələr, nüvə təchizatları, informasiyalar, maddələr və imkanların köçürülməsinin və bu sahələrdə əməkdaşlıqların tam şəkildə qadağan olunması istənilib.
