İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Cenevrə nüvə müzakirələrində İran İslam Respublikasının səyi bərabər addımlar atılması və əslində uduş-uduş oyunu idi və nüvə müzakirəçi heyəti bu yolu doğru şəkildə istiqamətləndirdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm İranın Xəbər beynəlxalq telekanalı ilə müsahibədə Cenevrə müzakirələrində İranın nüvə müzakirəçi heyətinin səylərini alqışlayaraq əlavə edib: İranın müzakirəçi heyəti müzakirələrin istiqamətini həm müzakirələr formasında, həm də müzakirənin istiqamətlənməsini doğru şəkildə yönləndirdi.
İran rəsmisi bu yolda birinci addımın atıldığını qeyd edərək söyləyib: Qarşıda uzun yolun olmasına baxmayaraq, dəqiq olan və İran İslam Respublikasının da əvvəldən ardınca olduğu məsələ budur ki, tarazlığı olan addımların atılması və əslində uduş-uduş oyunu tarazlığı olan addımların əsasıdır və ilk mərhələdə bu yolu İranın heyəti doğru şəkildə istiqamətləndirə bildi.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, əslində sanksiyaların tam şəkildə ləğv olunması və İranın təklif paketinin tam şəkildə icrasının formalaşmasını nəzərdə tutan bu yol elə bu formada da davam edəcəkdir.