Azəri bir politoloq Suriya məsələsinin həllinə dair yanvarın 22-də keçiriləcək Cenevrə -2 konfransına münasibətini bildirib.
Zərdüşt Əlizadə Bakıda İRNA müxbiri ilə müsahibədə bu məqama toxunaraq deyib : Qərbin İranın bu konfransda olmasının əleyhinə çıxması onların İranla bağlı tutduqları mövqelərinin qərəzli olmasını göstərir.
Bəzi qərb ölkələrinin İranın bu konfransda iştirak etməməsini və bununla bağlı törədilən maneçiliklərə tənqidi yanaşan politoloq Suriya dövlətinin düşməni olan və bu ölkədə müxalifəti dəstəkləyən Ərəbistan və Qətər kimi ölkələrin təmsilçilərinin iştirak edəcəklərindən təəccübləndiyini bildirib.
” Əgər konfransın təşkilatçıları Suriya məsələsinin həlli barədə düşünürlərsə onda bu məsələnin həllində təsir qüdrətinə malik ölkələrin hamısı bu konfransda iştirak etməlidirlər ” – deyə Əlizadə sözlərinə əlavə edib.
Qeyd edək ki , bundan qabaq BMT-nin baş katibi Ban Ki Mon demişdir : Cenevrə iki konfransında İranın iştirakı bu konfransa müsbət töhfələrini verə bilər.