SuriyaXƏBƏRLƏR

Suriya ordusu yarımhərbçilərdən kimyəvi maddələr aşkar edibdir

Suriya ordusu xarici ölkələrin himayə etdikləri yarımhərbçilərin nəzarəti altda olan bir zavodu ələ keçirdikdən sonra orada müəyyən miqdarda zəhərli kimyəvi maddə aşkar edib.

Suriya ordusu bildirir ki, bu kimyəvi maddələr Cubər şəhərindəki bir zavodda aşkar edilib və deyilənlərə görə, Suriya prezidenti- Bəşşar Əsədlə mübarizə aparan yarımhərbçilər bundan qabaq həmin zavoda və məntəqəyə nəzarət edirdilər.
Suriya ordusu həmçinin iddia edib ki, yarımhərbçilər həmin kimyəvi maddələrdən bu ölkənin paytaxtı- Dəməşqin yaxınlığında öz hərbi hücumlarında istifadə etmək niyyətində imişlər. Son aylarda suriyalı əsgərlər və təkfiri yarımhərbçilər dəfələrlə bir-birilərini qarşı tərəf əleyhinə kimyəvi silahlardan istifadə etməkdə ittiham ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu