El Ahed xəbər agentliyinin bildirdiyinə görə uzun sürən sükunətin ardından Suriya ordusu bu səhər sürpriz bir əməliyyat başladaraq Dera’nın şimalındakı Mehcura hava müdafiə taburunu terrorist qruplardan təmizlədi.
Mehcura hava müdafiə taburunun Ebta və Dail diyarları arasında Şam-Dera quru yolu üzərində və Dera’ya hakim mövqedə olduğu və 10 kvadrat kilometrlik bir sahəyə sahib olduğu bildirildi.
Sahə qaynaqları, hava müdafiə taburunun bir neçə saatlıq bir qarşıdurmanın ardından Suriya ordusu tərəfindən tamamilə nəzarət altına alındığını; ancaq tabur ətrafındakı qarşıdurmaların hələ davam etdiyini bildirdi.
Mehcura hava müdafiə taburunu ələ keçirən Suriya ordusunun Ebta’yı tamamilə atəş altına ala biləcək üstün bir mövqe qazandığı ifadə edilərkən bu səhərki əməliyyatın sürpriz olması səbəbiylə terrorist qrupların itkisinin yüksək olduğu bildirildi.
Suriya ordusunun strateji əhəmiyyətə sahib Şeyx Miskin bölgəsini nəzarət altına almasından sonra Ebta və Dail diyarlarındakı silahlı qrupların bu diyarlarda çəkilməsini nəzərdə tutan bir razılaşma gündəmə gəlmiş; ancaq silahlı qruplar buralardan çekilmemişti.