Suriya Ordusunun bu ölkəni terrorçulardan təmizləmə əməliyyatı davam edir

Suriya ordusunun bu ölkənin müxtəlif məntəqələrini terrorçulardan təmizləmə əməliyyatı davam edir.

Suriyanın Dövlət Telekanalının verdiyi məlumata görə bu ölkə ordusunun Suriyanın müxtəlif məntəqələrini terrorçulardan təmizləmə əməliyyatının davamında ordu qüvvələri dünən şənbə günü paytaxt Dəməşqin yaxınlığında yerləşən Rif-Dəməşq vilayətinin Dariya şəhərində terrorçu qruplaşmaların üzvləri ilə toqquşublar. Nəticədə onlarla terrorçu öldürülüb.

Suriyanın mərkəzində yerləşən Homs şəhərində də Suriyanın dövlət ordu qüvvələri Rəstən, Qəsir, Bovizə-Şərqi , Məzrəə Zəğib və Cusiyə şəhərlərinin ətrafında terrorçuların gizləndikləri məkanlara hücum edərək, terrorçulardan bir qrupunu öldürüb, yaralayıb yada ki, həbs ediblər.

Həmçinin Suriya Ordusu ölkənin qərbində yerləşən Həmah məntəqəsini də terrorçulardan təmizləyərək, məntəqə sakinlərindən istəyiblər ki, öz evlərinə geri dönsünlər.

Digər tərəfdən Suriyadakı məlumatlı bir hərbi mənbə bildiribdir ki, 200-dən çox terrorçu ağır hərbi texnikadan və iri-çaplı silahlardan istifadə edərək, Xan Əl-Əsəl məntəqəsində bir polis məktəbinə basqın ediblər. Polis məktəbinin iki ayrı-ayrı binadan təşkil olmasına görə terrorçular bu binaların birində yerləşiblər və Suriya Ordusu ilə terrorçular arasındakı toqquşmalar artıbdır.

↑
Mobil sürümden çık