Suriya terrorçular qarşısında müqavimətə təkid edib

Suriya Məclisi, terrorçuların hücumlarının genişlənməsinə rəğmən Suriyanın terrorçular qarşısındakı müqavimət və dayanmasına təkid edib.

Suriya Məclisi bir bəyanatda  Dəməşqin Əl-İman Məscidində  din alimi Əllamə Məhəmməd Səid Ramazan Əl-Buti və bir qrup suriyalı namaz qılanın terror edilmələrini pisləyib.

Bəyanatda deyilir: “ Terrorçular belə hücumlar həyata keçirməklə Suriyada özlərinin azğın və təkfiri təfəkkürlərini yaya bilməyəcəklər və İslam dininin səsini sakitləşdirə bilməyəcəklər”.

Suriya Məclisi öz bəyanatında bu cinayət amillərinin aşkarlanması və cəzalandırılmalarını istəyib.

↑
Mobil sürümden çık