BMT-nin didərginlər üzrə ali komissarlığı xalqına yardım məqsədilə misilsiz çağırış edib.
BMT-nin didərginlər üzrə ali komissarlığı qarşıdan gələn dekabr ayına kimi Suriya xalqına kömək etmək üçün 5.2 milyard dollar yardımın edilməsini istəyib.
Bu rəqəm BMT tarixində humanitar yardım üçün tələb olunan ən yüksək məbləğ sayılır.
BMT-nin didərginlər üzrə ali komissarlığı bildirir ki, 10 milyondan çox suriyalı yəni bu ölkə əhalisinin təqribən yarısı cari ilin dekabrına kimi humanitar yardımlara ehtiyaclıdır.
Suriyada əhalinin öz evindən didərgin düşməsinin əsas səbəbi Qərb və onun regiondakı müttəfiqləri tərəfindən himayə edilən terror dəstələrinin Suriya xalqına qarşı cinayətləridir.