DünyaXƏBƏRLƏR

İranın nüvə razılaşmasında sanksiyaların heç bir təsiri olmayıb

Raşa Tudey Telekanalı məlumat verərək bildirib: İrana qarşı tətbiq edilən embarqolarin bu ölkə ilə  5+1 qrupu arasında imzalanan razılaşmada heç bir təsiri olmayıbdır.

 Raşa Tudey Telekanalının ötən günkü (bazar ertməsi  25 noyabr) məlumatına əsasən, sanksiyaların İran ilə  5+1 qrupu arasında əldə edilən razılaşmalarda önəmli təsiri olmayıb lakin Qərb tərəfindən İranın nüvə hüquqlarının rəsmən tanınmasının həmin razılaşmanın əldə edilməsinə önəmli təsir buraxıb.

Raşa Tudey Telekanalının reportajında deyilib ki, dünyanın 6 güclü ölkəsi nəhayət başa düşüblər ki, dünyada nüfuzu artmaqda olan İran kimi ölkə ilə qarşılıqlı əlaqə qurmalıdırlar və həmin mövzu isə oyunun qanunlarını dəyişdirəcək.

Tehran Universitetinin siyasi elmlər profesoru Seyid Məhəmməd Mərəndi  də ötən gün bidlirib ki, İran dəfələrlə sübut edib ki, ölkənin sülhməqsədli nüvə fəaliyyətləri istiqamətində heç bir yayınma baş verməyib ama buna baxmayaraq, qərb ölkələri və mediaları daima bu mövzunu qulaq ardına vurublar.

Mərəndi açıqlayıb: Qərblilərin belə bir rəftalarına rəğmən, İran islam Respublikasının müqaviməti, Qərb dövlətlərinin, İranın ölkə daxilində uranın zənginləşdirilməsindəki haqlı hüquqlarını rəsmən tanınmasına gətirib çıxardı.

İran ilə 5+1 qrupu arasında əldə edilən razılaşmaya əsasən, uranın zənginləşdirilməsi prosesi İran ərazisində davam etməlidir və sanksiyalar isə gücləndirilməməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu