İslam inqilabının böyük rəhbəri regiondakı problemlərin əsas səbəbinin əcnəbilərin müdaxiləsi olduğunu bildiriblər.
Həzrət Ayətullah-ül-üzma Xamenei bu gün Oman kralı soltan Qabus ibn Səid və onun başçılıq etdiyi heyəti qəbul edərək, regiondakı vəziyyətin böhranlı olduğunu bildirib və deyiblər: yaranmış vəziyyətin əsas səbəbi əcnəbilərin müxtəlif formalarda müdaxilələridir.
İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei regiondakı ən təhlükəli məsələlərdən birinin ölkələrin siyasi ixtilaflarına dini, məzhəbi və firqə məsələlərini qatmaq olduğunu bildirərək xatırladıblar: təəssüflər olsun ki, bəzi region ölkələrinin dəstəyi ilə bir təkfiri qrup formalaşıb və bütün müsəlman qruplarla toqquşur. İslam İnqilabının böyük rəhbəri vurğulayıbalr: Bu cəryanın himayədarları bilməlidirlər ki, bu od onların özünü də giriftar edəcəkdir.