SuriyaXƏBƏRLƏR

Suriyada 2 Ərəbistan zabiti həbs edilib

Suriya ordusu bu ölkədəki terrorçularla birlikdə hakimiyyətə qarşı savaşan Ərəbistan ordusunun 2 zabitini həbs edib.

Əl-Aləm kanalının məlumatına görə, Suriya hərbçiləri Əl-Riqqə şəhərində Ərəbistan ordusunun 2 zabitini həbs ediblər. Bu iki ərəbistanlı zabit birbaşa olaraq Ərəbistanın Kəşfiyyat Orqanı başçısı Bəndər bin Sultanın göstərişi altında savaşırmışlar.
Xəbər mənbələri həmçinin bildiriblər ki, bu iki ərəbistanlı zabitin həbs edilməsi zamanı, bir qəbilə başçısı da həbs edilib.

Ərəbistan, Türkiyə və Qətər Suriyada və regionda terrorçuların əsas himayədarları sayılırlar ki, bu yolla 2 ildir ki, Suriyada Bəşşar Əsəd hökumətini devirməyə çalışırlar.

Siyasi müşahidəçilər bu müharibədə məqsədin sionist İsrail rejiminin təhlükəsizliyini təmin etmək olduğunu bildirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu