Suriyada 20 amerikalı və avropalı terrorçu öldürülüb

İordaniyada ifratçı sələfi cərəyan Suriyada özünün 20 amerikalı və avropalı terrorçusunun öldürülməsindən xəbər verib.

Adının gizli qalmasını istəyən bu ifratçı cərəyanın rəhbərlərindən biri deyib: Qrupumuzun 20-dən yuxarı amerikan, avropalı, fransız və alman üzvü son qısa bir müddətdə Suriyanın müxtəlif vilayətlərində bu ölkənin silahlı qüvvələri ilə döyüşdə öldürülüb.
Bu qaynaq artıq təfərrüat vermədən bildirib: Cibhətunnəsr qrupunun üzvlərindən təqribən yüz nəfər Suriyadakı döyüşlərdə öldürülübdür.
İordaniyada ifratçı sələfi cərəyan bildirib ki, Suriyada vuruşmaqda olan bu cərəyanın ünsürlərinin sayı min nəfəri ötüb keçibdir və onların iki yüz nəfəri Suriyanın şimalında yerləşən Hələb şəhərindədir.

Exit mobile version