BMT Suriya Cövlan bölgəsində bu təşkilatın sülhü mühafizə qüvvələrindən 20 nəfərin oğurlandığını bildirib.
Fransa İnformasiya Agentliyinə istinad edən BMT sözçüsünün müavini Eduardo Del Buey mətbuat konfransında söyləyib: Çərşənbə günü Cövlan yüksəkliklərində BMT-nin sülhü mühafizə qüvvələrindən 20 nəfəri silahlı şəxslər tərəfindən oğurlanıb.
BMT rəsmisi qeyd edib ki, təxminən 30 silahlı şəxs bu bölgədə BMT sülh mühafizə qüvvələrinə hücum ediblər.
Bəzi məlumatlara görə, Cövlan yüksəkliklərində oğurlanan sülh mühafizə qüvvələri Filippin vətəndaşlarıdır.
