İkinci Fatimiyyə (sə) günlərinə aid əzadarlıq mərasimlərinin ilk gecəsi İslam İnqilabının Böük Rəhbərinin iştirakı ilə İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.
İslam Peyğəmbərinin əziz qızı Həzrət Siddiqeyi Kübra (sə)-ın əza və matəmi günləri ilə eyni zamanda, bu mərasimlərin ilk gecəsi ötən gecə (bazar ertəsi) İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahil-üzma Xameneinin iştirakı ilə İmam Xomeyni (sə) hüseyniyyəsində qeid edilib.
Xalqın müxtəlif təbəqələri və bəzi rəsmilərin iştirakı ilə keçirilən bu mərasimdə natiqlər və əhli-beyt məddahları imamlar anası Həzrət Fatimə (sə)-ın şəxsiyyəti haqda nitqlər söyləyib, növhəxanlıq ediblər.
Həzrət Fatimə Zəhra (sə)-ın əza mərasimlər 5 gün müddətində İslam İnqilabı Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni hüseniyyəsində davam edəcək.
Bəzi rəvayətlərə görə cümə axşamı günü 1435-ci hicri qəməri ili Cəmadiyüssani ayının 3-u 2014-cü il 3 aprel, İslam Peyğəmbərinin əziz qızı Həzərt Zəhra (sə)-ın şəhadətinin ildönümünə təsadüf edir.