Suriya dövlət televiziyası bu ölkə ordusunun Əl-Qəsir məntəqəsindəki əməliyyatının davamında bir neçə dövlət binasının terrorçulardan təmizləndiyini və 70-dən çox terrorçunun öldürüldüyünü bildirib.
Suriyanın dövlət televiziyası belə məlumat verib: Suriyanın Əl-Qəsir məntəqəsində bu ölkənin təhlükəsizlik qüvvələrinin silahlı şəxslərlə toqquşması zamanı 70-dən çox silahlı şəxs öldürülüb, onlardan 300 nəfəri isə yaralanıb.
Bu əməliyyat zamanı terrorçuların mühüm başçılarından biri öldürülüb.
Bu məntəqə ötən bir il ərzində terrorçular və Əl-Qaidənin əsas bazalarından birinə çevrilibdir ki, bu məntəqənin tam şəkildə terrorçulardan təmizlənməsi Suriya ordusu üçün mühüm zəfər olacaqdır.