DünyaXƏBƏRLƏR

İsa Qəmbərin evində Məhkəmə icraçıları

Azərbaycan Respublikası Məhkəmə icraçılarının Müsavat başqanı İsa Qəmbərin Bakının Nərimanov rayonundakı evinə baxış keçirib.
Əvvəlcə 12 yanvar, daha sonra 26 yanvar aksiyalarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılan və məhkəməyə cəlb edilməklə cərimələnən Turqut Qəmbərin (Müsavat başqanı İsa Qəmbərin oğlu) yaşadığı evə məhkəmə icraçıları ilə gəlib.
Onlar Turqut Qəmbərin cəriməni ödəməsini tələb edirlər. İsa Qəmbərin oğlu, gənc fəal Turqut Qəmbər Bakıda yanvarın 12-də və 26-da keçirilmiş aksiyalara görə üst-üstə 3000 min manat cərimələnib.
Məhkəmə icraçıları Turqut Qəmbərin cəriməni ödəməsini tələb edir. O, məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib.

İsa Qəmbər məhkəmə icraçılarını kandarda qarşılayaraq bildirib ki, bu ev Turqut Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyil.

Məhkəmə icraçıları aşağıdakı əmlakları potensial müsadirə əşyaları kimi qeydə alıblar: 2 ədəd müxtəlif markalı televizor, 1 ədəd portativ kompüter, 1 ədəd musiqi mərkəzi, 1 ədəd kondisioner, 1 ədəd çilçıraq və 1 ədəd xalça.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu