İranXƏBƏRLƏR

M.C.Laricani: Ə.Şəhid ABŞ və Avropa dövlətləri tərəfindən dəstəklənir.

İran Məhkəmə Hakimiyyətinin insan haqları qərargahının katibi deyib: BMT-nin İran üzrə insan haqları məruzəçisi ABŞ və Avropa dövlətləri tərəfindən dəstəklənir.

Məhəmməd Cavad Laricani Cenevrədə BMT insan haqları ali komissarı xanım Navi Pillayla görüşdə BMT-nin İran üzrə insan haqları xüsusi məruzəçisinin hesabatının məzmununu tənqid edərək söyləyib: Əhməd Şəhidin hesabatı eyni ilə terrorçuların sözləridir.

İran Məhkəmə Hakimiyyəti İnsan Haqları Qərargahının katibi ABŞ tərəfindən dünyanın müxtəlif bölgələrində insan haqlarının pozulması, o cümlədən Quantanamo, Əbu Qurəyb və Beqram həbsxanalarında məhbusların hüquqlarının pozulması qarşısında xanım Navi Pillayın açıq-aşkar mövqe seçdiyinə görə onu alqışlayıb və insan haqları məsələsini İran İslam Respublikası üçün önəmli və əhəmiyyətli adlandırıb.
Xanım Navi Pillay da İranın texniki sahədəki əməkdaşlığını alqışlayıb və bu əməkdaşlıqların möhkəmləndirilməsi üçün səylərin göstərilməsi istiqamətində prezident seçkilərindən sonra İrana səfər etmək istədiyini bildirib.

BMT-nin İran üzrə insan haqları məruzəçisi Əhməd Şəhid İran insan haqlarının vəziyyəti barəsində öz 4-cü hesabatında əvvəllərdə olduğu kimi əsassız iddia ilə İslam Respublikasını söz azadlığı və sərbəst toplaşmaq azadlığının pozulmasında ittiham edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu