Suriyada əhalini və Suriyalı əsgərləri öldürməklə məşğul olan əcnəbi silahlı təkfiri qrupların fəaliyyəti artıq hamıya aydın olub lakin vaxtaşırı olaraq onların barəsində çox qəribə məlumatlar yayılır. əcnəbi qadınların ” nikah cihadı” adı altında Suriyaya köçürülmələri də bu kimi xəbərlər sırasındadır.
Çeçenistandan Əl-Qadiənin təşkilatçılığı və fitvası ilə Suriya hökumətinə qarşı “cihad” üçün öz ” qardaşlarına” kömək etmək məqsədi ilə Suriyaya gətirilmişdir.
Əl-Hədəs news-un verdiyi məlumata görə Suriya ordusu Homsda 3 Çeçen qadını yaxalayıb.
Suriyanın hərbi mənbələrindən biri bu barədə deyib: aparılan araşdırmaların nəticəsi göstərir ki, bu Çeçen qadınlar, professional snayperlər olublar və Əl-Xalidiyyədə Terrorçu qrupların kənarında onlarla Suriya əsgərini hədəfə alıblar. Onlar elə binalar içində gizləniblər ki o binaların ordu tərəfindən müəyyənləşdirilməsi çətindir.
Ancaq Suriya ordusu bir əməliyyatda bu qadınların gizləndikləri məkanı müəyyənləşdirib və 9 Çeçen snayper o cümlədən 4 qızı öldürüb, 3 nəfəri də həbs edib.
27-34 yaşlarında olan bu Çeçen qızlar etiraf ediblər ki, hərbi əməliyyatlarda iştirakdan əlavə , “nikah cihadı fitvası”nı da yerinə yetirirmiş və öz ” mücahid qardaşları” nın ehtiyaclarını yerinə yetirirmişlər.
Həmin mənbə bildirir ki, tutulan Çeçen qadınlardan alınan etiraflar, Əl-Qaidə və ” mühacir və ənsar” adlanan qrupların başçılarının Suriyadakı fəaliyyətləri barədə önəmli cəhətləri aşkar etmişdir.
Həbs olunan qadınlar, Rusiyanın digər respublikalarından da “cihadi” qadın və kişilərin Suriyadakı silahlı əməliyyatlarda iştirak etdiklərini ifşa ediblər.
Xatırladaq ki, həbs edilən Çeçen qadınlar vəziyyətlərinə baxılması üçün Moskvanın Dəməşqdəki səfirliyi vasitəsi ilə, Rusiya rəsmilərinə təhvil verilirlər.