SuriyaXƏBƏRLƏR

Suriyada daha bir azərbaycanlı terrorçu öldü

“Əl-Nüsra Cəbhəsi” terror dəstəsi sıralarında Suriya xalqı və qanuni hökumətinə qarşı vuruşan daha bir azərbaycanlı Vəhhabi öldürüldü.

“Əbu Sənan” ləqəbli azərbaycanlı terrorçu bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. Vüsal Rəcəbov Bakının Qaraçuxur qəsəbəsindəndir. Onun fotoları sosial mediada paylaşılıb.
Azərbaycan mətbuatı xəbər verir ki, bu günədək 100-dən artıq azərbaycanlı Vəhhabi Suriyada öldürülüb.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev dünən APA-ya deyib: “Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərdə iştirakı sübut olunarsa, qanun çərçivəsində lazımi addımlar atılacaq”.
Elman Abdullayev lazımi addımların nə olduğuna və nə zaman atılacağına aydınlıq gətirməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu