İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, bir çox ölkənin başçıları İranın seçilmiş prezidentinin andiçmə mərasimində iştiraka dəvət olunublar.
Seyid Abbas İraqçı İran tələbələrinin xəbər agentliyi. İran xalqının seçdiyi prezidentin inaqurasiya mərasimində iştirak üçün Avropa və Amerika ölkələri başçılarının da dəvət olunub-olunmamaları ilə bağlı sualın cavabında bildirib ki, bu mərasimə bir neçə Avropa rəsmisi də dəvət edilibdir.
İraqçı eyni zamanda deyib ki, bu dəvətlərdə daha çox region ölkələrinin başçıları üzərində təmərküzləşmə aparılıb.
İran xalqının seçdiyi prezidentin inaqurasiya mərasimi cari milad ili avqustun dördündə olacaqdır.