BMT-nin inkişaf proqramları üzrə İran ofisinin sədri deyib: İran ilə 5+1 qrupu arasında əldə edilən anlaşma beynəlxalq təşkilatların İrana yardım üzrə baxışlarını dəyişdirib.
Balasubr Amanyam Murali Bazar günü gecə (5 yanvar) İranın şimal şərqində yerləşən Bocnurd şəhərində keçirdiyi mətbuat konfransı zamanı deyib: Cenevrədə ilkin anlaşmaların əldə edilməsindən sonra, beynəlxalq təşkilatların xüsusilədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı sponsorlarının İran İslam Respublikasına baxışları müsbət hala yönəlmişdir.
Murali açıaqlayıb: Hal-hazırda BMT-nin maliyyə obyektlərini təmin edən ölkələr, keçmişdəkindən daha artıq İranda investisiya yatırmaqda maraqlıdırlar və hətta BMT-nin İranın ekologiya və ətraf mühitlə bağlı layihələrində iştirak etməsi ehtimalı artmışdır.
BMT-nin İnkişaf proqramları üzrə İrandakı ofisinin sədri bu beynəlxlq qurumun İrandakı insan qüvvələrin indeksinə toxunaraq deyib: BMT-nin ofisinin araşdırmalarına əsasən, 1980-2011-ci illərdə İranda insani qüvvələrin inkişaf indeksi olduqca dəyərli şəkildə inkişaf etmişdir.
Muralinin dediyinə əsasən, İran insani qüvvələr inkişafı baxımdan dünya çapında Cənubi Koreyadan sonra ikinci yerdə durur.